IMG-LOGO

Dünya ulduzları konsertlərinə milyonlar xərcləyir

24 Aug 2026 19:47 3 baxış
IMG
2 0

Dünya şöhrətli müğənnilərin böyük səhnə şouları bahalı layihələrə çevrilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Beyons “Renaissance” dünya turunun hazırlanmasına 24 milyon dollar xərcləyib. Dörd il ərzində hazırlanan şou üçün LED ekranlar, hərəkətli platformalar və iri dekorasiyalar hazırlanıb.

Rihannanın “Super Bowl”dakı cəmi 13 dəqiqəlik çıxışının isə 8–13 milyon dollara başa gəldiyi bildirilir. Müğənni həmin çıxışa görə qonorar almayıb. “Super Bowl”da əsas ifaçıların qonorar almadan səhnəyə çıxması ənənə hesab olunur.

The Weeknd isə eyni tədbirdə şousunu daha möhtəşəm etmək üçün ayrılan büdcədən əlavə öz vəsaitindən 7 milyon dollar xərcləyib.

Mütəxəssislər bildirirlər ki, iri konsertlərdə əsas xərc səhnə quruluşu, işıq sistemləri, xüsusi effektlər, dekorasiyalar, texniki heyət və logistikanın payına düşür. Buna görə də dünya ulduzları bəzən səhnə şoularına qazandıqları qonorarın özündən də çox vəsait yatırırlar.

 

konsert şou biznes dünya ulduzları maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti