IMG-LOGO

Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi

24 Aug 2026 17:14 6 baxış
IMG
4 0

Bir müddət əvvəl ictimai marşrutda NFC ilə ödənilən gedişlərə görə, kartlardan qeyri-müəyyən vaxtlarda toplu halda vəsaitlər çıxılırdı. Bundan sonra tətbiqlərdə hansı ödənişin hansı marşrutda istifadə olunduğuna dair yenilik yaradıldı. Lakin bir neçə gündür yenə eyni hal təkrarlanır. Sərnişinlər bildirirlər ki, əsasən gecə saatlarında bir neçə dəfə eyni istiqamətlərdə gedişə dair ödənişlər kartdan çıxılır.

Bəs görəsən, kartlardan çıxılan pullar gedilən ödənişlərə görəmi çıxılıb? Burada hansısa texniki problem var?

“BakıKart”dan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan hal ictimai nəqliyyatda NFC ödəniş sistemi üzrə gecikmiş avtorizasiya prosesi ilə əlaqədardır:

“Bəzi hallarda bank kartı ilə həyata keçirilmiş gediş üzrə ödəniş dərhal deyil, müəyyən gecikmə ilə kart hesabında əks oluna bilər.

Son günlərdə NFC sistemi üzrə avtorizasiya prosesində təxminən 1 günlük gecikmə qeydə alınıb. Buna görə sərnişinlər əvvəlki gün həyata keçirdikləri gedişlərin ödənişini daha sonrakı saatlarda hesablarında görə bilərlər.

Bu, sərnişinin ictimai nəqliyyatdan istifadə etmədiyi halda hesabından yeni vəsait tutulması deyil. Hesabdan çıxılan məbləğ daha əvvəl NFC vasitəsilə həyata keçirilmiş gedişin ödənişidir”.

Bakıkart NFC ödənişləri Bank kartları marşrut ictimai nəqliyyat

Mənbə: lent.az

Xəbər lenti