IMG-LOGO

Prezidentlər və birinci xanımlar “Poyi-Kalon” kompleksini gəzdilər - VİDEO

24 Aug 2026 17:30 4 baxış
IMG
1 0

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.

Lent.az xəbər verir ki, bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.

Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.

Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.

Sizin brauzer video tagını dəstəkləmir. İlham Əliyevin Özbəkistan səfəri

Mənbə: lent.az

Xəbər lenti