IMG-LOGO

Prezidentlər və ailələri “Ark” qalasında - VİDEO

24 Aug 2026 17:50 3 baxış
IMG
1 0

Xəbərə video əlavə olunub

***

saat 17:04

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Ark” qalası ilə tanış olublar.

Lent.az xəbər verir ki, “Ark” qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb.

Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu.

Hazırda qala 4 hektar ərazini əhatə edir.

Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

Sizin brauzer video tagını dəstəkləmir. Prezident İlham Əliyev İlham Əliyevin Özbəkistan səfəri

Mənbə: lent.az

Xəbər lenti