Meksikanın Xalisko ştatında "Meksikalı Betmen" ləqəbli bir xalq qisasçısı peyda olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Laqos-de - Moreno şəhərindən olan sirli mübariz küçələrdə işıq dirəklərinə yapışqanlı kişilərin tapılmasından sonra məşhurlaşıb. Onların ağızları möhürlənib və alınlarına "Oğru" sözü həkk olunub. Oğurlandığı güman edilən motosikletlər yaxınlıqda park edilib.
"Meksikalı Betmen" cinayətkarları ovlamağa iyunun ortalarında başlayıb.
İki həftə ərzində o, beş nəfəri dirəklərə bağlayıb. Bəziləri üçün xalq qisasçısı markerlə onun ticarət nişanı sayılan pişik bığlarını çəkib.
Polisdən bildirilib ki, naməlum şəxslər tərəfindən tutulan insanlara zərərçəkmiş kimi yanaşır və onlardan bəziləri ağır döyülüb.
"Betmen" axtarışa verilib.
Hadisələr
Mənbə: lent.az