Azərbaycanda fermer südün qiymətinin ucuz olmasına etiraz edib.
Lent.az xəbər verir ki, o, qiymətin həddindən çox ucuz olmasına etiraz edərək 60 litr südü yerə töküb.
Bildirib ki, üç litr südü onlardan 45 qəpiyə alırlar: "Südün bir litrini 15 qəpiyə bizdən alırlar. Bu pulla ot tayalarının pulunu çıxara bilmərəm heç".
Fermer bunu sosial mediada paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
süd fermer etiraz şikayət Südün qiyməti süd ucuzlaşdı fermer etiraz etdiMənbə: lent.az