IMG-LOGO

Bərdə sakini Ağdamda yolda öldü

06 Dec 2023 22:09 99 baxış
IMG

Ağdamda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 

Ağdam rayon sakini Asəf  Verdiyev yolu keçmək istəyərkən Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi  90-ZX-570 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili ilə onu vurub. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerindəcə ölüb.  

Faktla bağlı araşdırma aparılır.  

Xəbər lenti