IMG-LOGO

Bakıda avtobus evin damına çıxdı

06 Dec 2023 21:52 96 baxış
IMG

Bakının Xətai rayonunda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Köhnə Günəşli qəbəsində qeydə alınıb. 46 saylı sərnişin avtobusu ilə "Mercedes" markalı minik avtomobili toqquşub. İdarəetmədən çıxan avtobus yamacda yerləşən yaşayış evinin damına çırpılıb.

Hadisə nəticəsində yaşayış evinə ciddi zərər dəyib. Qəza baş verən zaman mənzildə bir nəfər olub. Xəsarət alan yoxdur.

Bundan əlavə, mənzilə gedən qaz xətti də zədələnib. Bu səbəbdən mənzillərə qazın verilişi dayandırılıb. Avtobus yol kənarındakı ağacları da yerindən qoparıb.

Əraziyə müvafiq qurumların iştirakı ilə baxış keçirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti