IMG-LOGO

Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 dəfə elektroşok verdilər”

18 Aug 2026 15:46 2 baxış
IMG
2 0

Mərhum pop ulduzu Maykl Ceksonun qızı Paris Cekson psixoloji problemlərdən xilas olmaq üçün ağır müalicə aldığını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı müğənni intihara çox yaxın olduğu dövrdə elektrokonvulsiv terapiya kimi tanınan elektroşok müalicəsinə müraciət edib. O, üç həftə ərzində 9 seans keçdiyini bildirib.

Paris Ceksonun sözlərinə görə, prosedur ümumi anesteziya altında aparılsa da, ilk seanslar ağrılı keçib və sonradan ciddi yan təsirlərlə üzləşib. Müalicənin depressiyaya qarşı təsir göstərdiyini deyən sənətçi bunu ömür boyu davam etdirə bilməyəcəyini vurğulayıb.

Uzun illər depressiya və narkotik asılılığı ilə mübarizə aparan Paris hazırda obsessiv-kompulsiv pozuntuya görə mütəxəssis nəzarətindədir. O, altı ildir narkotikdən uzaq olduğunu açıqlayıb.

 

Paris Cekson Maykl Cekson elektroşok müalicəsi depressiya psixoloji sağlamlıq narkotik asılılığı məşhurlar etiraf dünya ulduzları

Mənbə: lent.az

Xəbər lenti