Türkiyədə azərbaycanlı sürücü qəzada ağır yaralanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Böyükçəkməcə adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, B.K.-nın idarə etdiyi yüngül kommersiya avtomobili eyni istiqamətdə gedən, Azərbaycan vətəndaşı 29 yaşlı N.H.-nin idarə etdiyi motosikletə çırpılıb.
Zərbənin təsirindən motosiklet sürücüsü yola yıxılıb, avtomobil isə yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində motosikletçi, avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü B.K. və sərnişin N.H. yaralanıb.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların xəstəxanada müalicəsi davam edir. Motosiklet sürücüsünün və avtomobilin sərnişininin vəziyyəti ağırdır.
Qəza ilə bağlı başlanılan araşdırma davam edir.
Hadisələr yol qəzası Türkiyə azərbaycanlı sürücüMənbə: lent.az