Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin 6-cı mikrorayon, "Nəsimi " metrosunun yaxınlığında, "Milyonerlər məhəlləsi"ində baş verdiyi bildirilir.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr Bakıda yanğın Milyonerlər məhəlləsiində yanğınMənbə: lent.az