Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.
Lent.az xəbər verir ki. bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin Bayramlı qəsəbəsinin, Sabirabad rayonunun bir hissəsinin, Saatlı və İmişli rayonlarının qaz təchizatında fasilə yaranacaq.
qaz rayon şəhərMənbə: lent.az