Türkiyənin Elazığ şəhərində tövləyə girən canavarı vurmaq istəyən kişi səhvən həyat yoldaşını öldürüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Meşəli kəndində baş verib. İki gün əvvəl xırdabuynuzlu heyvanların saxlanıldığı tövləyə canavarların girdiyini görən 61 yaşlı M.K. mümkün hücumun qarşısını almaq üçün ov tüfəngi ilə gecə növbəsi çəkib.
Gecə saatlarında tövlədən səs eşidən kişi canavarların yenidən gəldiyini düşünərək qaranlıqda səs gələn istiqamətə atəş açıb. Daha sonra tövləyə daxil olan M.K. 51 yaşlı həyat yoldaşı Hasret Kuşu qan içində tapıb.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları qadının öldüyünü müəyyənləşdiriblər. Onun meyiti ekspertiza üçün Fırat Universiteti Xəstəxanasının morquna aparılıb.
M.K. jandarma əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.
Elazığ Hasret Kuş canavar ov tüfəngi səhvən güllələnmə həyat yoldaşını öldürdü faciə Türkiyə kriminal xəbər son dəqiqə jandarma Meşəli kəndi silahlı insident bədbəxt hadisə
Mənbə: lent.az