IMG-LOGO

Ədalət Mədətoğlu kimdir? -“Tiflisdə yeddi məhbus”-un müəllifi vaxtsız getdi

18 Aug 2026 12:30 2 baxış
IMG
2 0

Jurnalist Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib.

Lent.az "Biqorafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir.

-Ədalət İsmayılov kimdir?

O, şair-jurnalist, Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktorudur.

-Ədalət İsmayılov nə zaman və harada dünyaya gəlib?

O, 1 fevral 1968-ci ildə Gürcüstanın Başkeçid (Dmanisi) şəhərində dünyaya gəlib.

-Ə.İsmayılovun təhsil həyatı necə keçib?

O, orta təhsilini Başkeçid şəhər Rus Orta Məktəbində alıb. Məktəbi bitirdikdən sonra isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilini davam etdirib. 

-O, neçənci ildən Azərbaycanda fəaliyyət göstərib?

1990-ci ildən Bakıda yaşayıb-yaradır. 

-Ədalət İsmayılov hansı mətbu orqanlarda çalışıb?

Ədalət İsmayılov  “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb. 

-O, neçənci ildən “Əqli mülkiyyət” jurnalında fəaliyyət göstərib?

Ə.İsmayılov 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.

-Ədalət İsmayılov hansı əsərin müəllifidir?

“Tiflisdə yeddi məhbus” adlı romanın müəllifidir.

-Roman harada və neçənci ildə çap edilib?

256 səhifəlik əsər 2014-cü ildə Bakıda işıq üzü görüb.

-Onun müəllifi olduğu roman nədən bəhs edir?

"Tiflisdə yeddi məhbus" romanı müəllifin Borçalı bölgəsinin tarixi, insan taleləri və müəllifin uşaqlıq xatirələri fonunda qələmə alınıb.

-Ədalət İsmayılov hansı əsərlərini hansı dillərdə yazıb?

O, rus dilini mükəmməl sviyyədə bilib. Həm Azərbaycan, həm dər rus dilində şeirlər yazıb. 

-O, hansı məşhur şəxslə qohumdur?

Ədalət İsmayılov tanınmış şair-jurnalist Mədəd Coşğunun oğludur. Bacısı Sədaqət İsmayılova vaxtilə BBC Azərbaycanın London bürosuna rəhbərlik edib. Onun anası uzun illər müəllimə kimi çalışıb.

-Baş redaktorun ailə həyatı necədir?

Ədalət İsmayılov ailəlidir və Ziyad, Mədəd, Murad adında 3 oğlu var. O, oğlu Mədədə atasının adını verib. 

-O, nə zaman dünyasını dəyişib?

Ədalət İsmayılov ötən gün axşam 58 yaşında dünyasını dəyişib.

Ədalət İsmayılov Bioqrafiya "Tiflisdə yeddi məhbus" romanı Borçalı bölgəsinin tarixi Mədəd Coşğun

Mənbə: lent.az

Xəbər lenti