IMG-LOGO

Kafellərin arasındakı qaralmanı 15 dəqiqəyə təmizləyir – Cəmi 2 məhsul lazımdır

18 Aug 2026 15:01 2 baxış
IMG
0 0

Hamam və mətbəxdə kafellərin arasında yaranan qaralma və yağ ləkələrini evdə olan iki məhsulla təmizləmək mümkündür.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün karbonat və ağ sirkədən istifadə edilir.

Əvvəlcə kafellərin qaralmış aralarına karbonat səpilir. Daha sonra həmin hissələrə sprey şüşəsi ilə az miqdarda ağ sirkə vurulur. Yaranan köpük kir və yağ qatının yumşalmasına kömək edir.

Qarışığı vurduqdan sonra 10-15 dəqiqə gözləmək lazımdır. Ardınca kafellərin arası köhnə diş fırçası və ya kiçik təmizlik fırçası ilə sürtülür. Sonda səth ilıq su və nəm parça ilə yaxşıca silinir.

Güclü kimyəvi maddələrin tez-tez istifadəsi kafellərin arasındakı dolğunu zamanla aşındıra bilər. Ağ sirkə turşulu olduğu üçün təbii daş səthlərdə və zədələnmiş kafel aralarında istifadə edilməməlidir. Qarışığı əvvəlcə görünməyən kiçik bir hissədə sınamaq məsləhətdir.

 

kafel təmizliyi kafel aralarını ağartmaq kafel arasındakı qaralma karbonat ağ sirkə ev təmizliyi hamam təmizliyi mətbəx təmizliyi təmizlik üsulu praktik məlumatlar ləkə təmizləmə ev üsulu

Mənbə: lent.az

Xəbər lenti