IMG-LOGO

Maykl Cekson uşaqlarına niyə maska taxdırırdı?

16 Aug 2026 19:55 3 baxış
IMG
0 0

Dünya şöhrətli müğənni Maykl Ceksonun qızı Paris uşaqlıq illəri ilə bağlı maraqlı açıqlama verib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Paris Cekson atalarının onun və bacı-qardaşlarının üzünü niyə maskalarla gizlətdiyini açıqlayıb.

Paris Cekson bildirib ki, atasının əsas məqsədi övladlarını insanların tanımasından və həddindən artıq diqqətdən qorumaq olub.

Onun sözlərinə görə, Maykl Cekson uşaqlarına maska taxdıqları zaman küçədə heç kimin onların kim olduğunu bilməyəcəyini söyləyirmiş. Bunun sayəsində onlar digər uşaqlar kimi rahat şəkildə gəzə, əylənə və daha adi həyat yaşaya biliblər. Paris həmin dövrdə üzlərini gizlətməyin ona qəribə gəlmədiyini də etiraf edib.

Maykl Cekson uşaq maska

Mənbə: lent.az

Xəbər lenti