IMG-LOGO

Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”

16 Aug 2026 14:51 3 baxış
IMG
2 0

Türkiyəli müğənni Rafet El Roman uzun fasilədən sonra müsahibə verərək həm şəxsi həyatı, həm də karyerası ilə bağlı diqqətçəkən açıqlamalar edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sənətçi estetik əməliyyat keçirmədiyini, lakin əvvəllər botoks etdirdiyini və sonuncu dəfə dozanın həddindən artıq olduğunu bildirib.

58 yaşlı müğənni artıq botoks etdirmədiyini, bunun üz cizgilərini dəyişdirdiyini deyib. O, həmçinin keçmişdə verdiyi bəzi yanlış qərarlara görə başqalarını deyil, özünü günahlandırdığını söyləyib.

Rafet El Roman sosial media ilə bağlı da maraqlı fikir səsləndirərək, istifadəçilər üçün avtomobil sürücülüyündə olduğu kimi “vəsiqə” və imtahan sisteminin tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib.

 

Rafet El Roman botoks estetik Türkiyə maqazini məşhurlar sosial media müğənni maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti