Dələduzların süni intellekt vasitəsilə hazırladığı dipfeyklər 2026-cı ildə ən təhlükəli texnologiyalardan birinə çevrilib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Staxanovets” şirkətinin texniki direktoru Sergey Şerbakov bildirib ki, cinayətkarlar hər gün yeni səslər, üzlər və ssenarilər yaradaraq insanları aldatmağa çalışırlar.
Ekspertin sözlərinə görə, dipfeyk hazırlamaq artıq çox ucuzlaşıb və hücumların sayı kəskin artıb. Dələduzlar süni intellektlə tanış şəxslərin, rəhbərlərin və ya ictimai şəxslərin səsini və görüntüsünü saxtalaşdıraraq pul köçürülməsi və şəxsi məlumatların verilməsi üçün təzyiq göstərə bilirlər.
Şerbakov xüsusilə uşaqların rəqəmsal təhlükələr barədə maarifləndirilməsinin vacibliyini vurğulayıb. O, məktəblərdə rəqəmsal savadlılıq dərslərinin müntəzəm keçirilməsini və uşaqlara dipfeykləri tanımağın öyrədilməsini təklif edib.
Ekspertin fikrincə, əsas müdafiə üsulu tələsməmək, məlumatı əlavə mənbədən yoxlamaq və şübhəli zəng və videolara dərhal inanmamaqdır.
dipfeyk dələduzluq süni intellekt internet təhlükəsizliyi kiberdələduzluq rəqəmsal təhlükə saxta səs saxta video texnologiya 2026
Mənbə: lent.az