IMG-LOGO

Bir günə 3 jurnalist həlak oldu

22 Jan 2026 12:41 7 baxış
IMG
2 0

Yanvarın 21-də Qəzzada 3 jurnalist həlak olub.

Lent.az-ın məlumatına görə, “The Guardian” yazır ki, Fələstin Səhiyyə Nazirliyinin nümayəndələri İsrailin hava zərbəsi nəticəsində üç fələstinli jurnalistin həlak olduğunu bildirib. Onlar Qəzzanın mərkəzində yerləşən Nətsarim bölgəsində məcburi köçkünlər üçün yeni yaradılmış düşərgəni çəkmək məqsədilə avtomobildə gedirmişlər.

“The Guardian”ın məlumatına görə, həlak olan jurnalistlərin adları Məhəmməd Salah Kaşta, Əbdül Rauf Şaat və Anas Qneymdir.

Şaat mütəmadi olaraq “Agence France-Presse” ilə foto və video jurnalist kimi əməkdaşlıq edib, lakin agentlik bildirib ki, hücum zamanı o, tapşırıq üçün getməyib.

Yerli jurnalistlər bildiriblər ki, onların işi Qəzzada Misirin humanitar yardım əməliyyatlarını koordinasiya edən Misir Yardım Komitəsi tərəfindən maliyyələşdirilirib. Komitənin nümayəndəsi Məhəmməd Mənsur iddia edir ki, bu avtomobil İsrail hərbçilərinə məlum olub.

Bildirilir ki, 2023-cü ilin oktyabrında Qəzzada müharibə başlayandan bəri ümumilikdə təxminən 220 jurnalist həlak olub.

Hadisələr Qəzza

Xəbər lenti