Kristofer Nolanın 2010-cu ildə ekranlara çıxan “Inception” filmi bütün zamanların ən yaxşı psixoloji döyüş filmi seçilib.
Lent.az xəbər verir ki, “Collider”in hazırladığı “10 ən yaxşı psixoloji döyüş filmi” siyahısında “Ghost in the Shell”, “Total Recall” və “The Matrix” kimi məşhur ekran əsərləri də yer alıb. Birinci pilləyə isə Leonardo DiKaprio başda olmaqla ulduz aktyor heyətinin çəkildiyi “Inception” layiq görülüb.
Filmdə insanların yuxularına daxil ola bilən və onların şüuraltına təsir göstərən mütəxəssislərdən bəhs olunur. Hadisələrin mərkəzində Leonardo DiKaprionun canlandırdığı Dom Kobb dayanır.
“Inception” Kristofer Nolanın ən uğurlu ekran əsərlərindən birinə çevrilib. Film dörd “Oskar” mükafatı qazanıb və “Ən yaxşı film” də daxil olmaqla ümumilikdə səkkiz kateqoriyada mükafata namizəd göstərilib. Ekran əsəri illər keçməsinə baxmayaraq, yüksək qiymətləndirilməkdə davam edir.
15 ildən çox vaxt keçməsinə baxmayaraq, “Inception” şüur, yaddaş, yuxu və reallıq arasındakı sərhədlərlə bağlı müzakirələrə səbəb olan filmlərdən biri olaraq qalır.
film yuxu reallıqMənbə: lent.az