IMG-LOGO

Yaroslav Mandron: "Özbəkistan EDB vasitəsilə MDB ölkələrinə ixracı təxminən 20 % artırmaq potensialına malikdir"

18 Dec 2025 12:49 3 baxış
IMG

Avrasiya İnkişaf Bankı (EDB) 2026-cı ildə Özbəkistandakı layihələrə 300-500 milyon ABŞ dolları vəsait yatırmağı planlaşdırır.

"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu EDB-nin İdarə Heyətinin sədr müavini Yaroslav Mandron bankın 2025-ci il üçün yekun mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Özbəkistan EDB vasitəsilə MDB ölkələrinə ixracı təxminən 20 % artırmaq potensialına malikdir.

"Bundan əlavə, əks mexanizm də mövcuddur - banka üzv ölkələr Özbəkistandakı layihələri maliyyələşdirə bilərlər. Apardığımız təhlilə əsasən, belə layihələrin siyahısı 1,5 milyard ABŞ dollarını ötür. Özbəkistan hökuməti ilə razılaşdıq ki, ölkəyə illik investisiyalarımızın həcmi 300-500 milyon ABŞ dolları təşkil etməlidir. Hazırda belə bir maliyyələşdirmə üçün yüksək hazırlıq səviyyəsindəyik. 2026-cı il üçün üç əsas layihə müəyyən etmişik. İlk növbədə bu, Almalık kombinatıdır. Bu layihə üzrə investisiyalarımızın həcmi 100-150 milyon ABŞ dolları arasında olacaq. Bunlar müştəri ilə artıq müzakirə etdiyimiz parametrlərdir. Hazırda layihənin maliyyələşdirilməsi üçün tam mandat almaq məqsədilə hökumətdən yekun sənədlər paketini gözləyirik", - Y.Mandron bildirib.

Eyni zamanda, o qeyd edib ki, hava limanı infrastrukturu bank üçün xüsusi maraq doğurur.

"Buxara və Səmərqənddəki layihələr fəal şəkildə diqqət yetirdiyimiz istiqamətlərdir. Sənaye və dağ-mədən sahəsi də bizim üçün maraqlıdır. Buna görə də 2026-cı il üçün planımız 300-500 milyon ABŞ dolları məbləğində layihələri həyata keçirməkdir. Bundan əlavə, 2028-ci ilə qədər olan planımız Özbəkistana 1,5 milyard ABŞ dolları məbləğində investisiyanı nəzərdə tutur. Ümidvaram ki, 2026-cı il yeni səhmdarımızla işimizin yaxşı nəticələrini nümayiş etdirəcək", - sədr müavini əlavə edib.

Xəbər lenti