ABŞ-da 11 kiloqram çəkisi olan Pumpkin adlı pişik yeni ev tapdıqdan sonra arıqlama proqramına başlayıb və onun hekayəsi sosial şəbəkələrdə böyük maraq doğurub.
Lent.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Pişiyin çəkisinin sağlamlığı üçün risk yaratdığı müəyyənləşdirildikdən sonra ona xüsusi qidalanma və həyat tərzi planı hazırlanıb. Yeni sahibləri onun daha aktiv olması və tədricən çəki itirməsi üçün çalışırlar.
Pumpkin-in dəyişimi artıq sosial şəbəkələrdə izləyicilərin diqqətini çəkib. Heyvansevərlər onun arıqlama prosesini addım-addım izləyirlər.
abş pumpkin pişik

Mənbə: lent.az