IMG-LOGO

Əsas oyunçu zədəli: matç öncəsi HƏYƏCAN

16 Aug 2026 15:22 3 baxış
IMG
0 0

Yeni Zelandiya reqbi millisində Cənubi Afrika ilə ilk test matçı ərəfəsində zədə problemləri narahatlıq yaradıb.

Lent.az Reuters-ə istinadən xəbər verir ki, baş məşqçi Deyv Renni əsas heyətin oyunçularından Damian MakKenzinin ayaq biləyindəki zədəyə görə avqustun 22-də Yohannesburqda keçiriləcək qarşılaşmada iştirakının sual altında olduğunu bildirib.

MakKenzi zədə səbəbindən “Bulls”a qarşı 50:19 hesabı ilə qazanılan oyunda meydana çıxmayıb. Bununla yanaşı, Uill Cordan və Kem Royqardın vəziyyətinin daha yaxşı olduğu və onların növbəti həftə oynamaq şanslarının yüksək qiymətləndirildiyi açıqlanıb.

Komandada Xavier Numia və Kortez Ratimanın da kiçik zədələri var. Baş məşqçi Cənubi Afrika ilə matçın səfər turundakı əvvəlki qarşılaşmalardan qat-qat çətin olacağını vurğulayıb.

 

Yeni Zelandiya Cənubi Afrika reqbi Damian MakKenzi Deyv Renni Uill Cordan Kem Royqard zədə Yohannesburq Reuters

Mənbə: lent.az

Xəbər lenti