IMG-LOGO

Kolleclərə qəbulun nəticəsi açıqlandı

14 Aug 2026 10:45 2 baxış
IMG
2 0

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Lent.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. 

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ  MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

faizi

 

 

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

Dövlət ödənişsiz

2499

2355

81

2436

97.48

Dövlət ödənişli

3481

3124

103

3227

92.70

Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə)

230

201

29

230

100.00

Cəmi

6210

5680

213

5893

94.90

 

ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ  MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

faizi

 

 

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar

5090

4951

139

5090

100.00

Xüsusi qabiliyyət tələb edən ixtisaslar

1120

729

74

803

71.70

Cəmi

6210

5680

213

5893

94.90

 

 

Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

DİM İmtahan Kollec

Mənbə: lent.az

Xəbər lenti