Microsoft süni intellekt köməkçisi Copilot-un müxtəlif versiyalarını bir tətbiqdə birləşdirməyə başlayıb.
Lent.az xəbər verir ki, bu barədə Gizmodo məlumat yayıb.
Şirkət Copilot-un istifadəsini sadələşdirmək və müxtəlif AI funksiyalarını bir platformada toplamaq istəyir. Yeni dəyişikliklərlə yanaşı, Microsoft Copilot Podcasts funksiyasını da ləğv edir.
Şirkət son dövrdə Copilot-u Windows, mobil cihazlar və digər xidmətlərə daha sıx inteqrasiya etməyə çalışır. Yeni dəyişikliklər süni intellekt köməkçiləri arasında rəqabətin gücləndiyi bir dövrə təsadüf edir.
Microsoft CopilotMənbə: lent.az