Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Lent.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ağdamlıların üstünlüyü ilə keçib. Təmsilçimiz iki cavabsız qol vuraraq adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Lublində baş tutan ilk oyunda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.
Konfrans Liqası qarabağ
Mənbə: lent.az