Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Lent.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar avqustun 14-dən etibarən Bakının bir sıra küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Məhdudiyyət saat 08:00-dan tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.
Məhdudiyyət aşağıdakı küçələrin qeyd olunan hissələrini əhatə edəcək:
Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək; Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək; Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək; Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək; Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək; Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək; Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək; İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
bakı nəqliyyat təmirMənbə: lent.az