IMG-LOGO

Astarada itkin düşən balıqçının meyiti İran ərazisində tapıldı

19 Dec 2025 21:03 5 baxış
IMG
0 0

Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İran ərazisində tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti Xəzər dənizinin İran tərəfinə düşən hissəsində aşkarlanıb.

Hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında daha bir balıqçının - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.

balıqçı astara meyit iran

Xəbər lenti