Brad Pitt yeddi il alkoqoldan uzaq qaldıqdan sonra yenidən içməyə başladığını açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə People məlumat yayıb.
Aktyor əvvəlki illərdə alkoqol asılılığı ilə bağlı problemlər yaşadığını və daha sonra “Alcoholics Anonymous” proqramına qoşulduğunu açıqlamışdı. Yeni açıqlamasında isə uzun müddət ayıq qaldıqdan sonra həyatında yenidən içkiyə yer verdiyini bildirib.
Pitt bu mövzunun şəxsi həyatının bir hissəsi olduğunu və hazırda vəziyyətə daha fərqli yanaşdığını deyib.
Brad PittMənbə: lent.az