IMG-LOGO

Azərbaycanda 6 ayda KOB evləri sahibkarlara 312 mindən çox xidmət göstərib

07 Aug 2026 10:12 5 baxış
IMG

Bu ilin I yarısında Azərbaycandakı KOB evlərində biznes subyektlərinə 312 mindən çox xidmət təqdim edilib.

"Report" bu barədə Iqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında KOB evlərində sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (129 698 xidmət), "Azərpoçt" MMC (46 020 xidmət), Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (29 867 xidmət), Dövlət Gömrük Komitəsi (14 481 xidmət) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (13 962 xidmət) dövlət-biznes (G2B) xidmətləri göstərib.

KOB evlərində sahibkarlar daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı xidmətlərdən istifadə edib.

6 ayda KOB evlərində (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) sahibkarlara ümumilikdə 312 365 xidmət göstərilib ki, bunlardan 271 996-sı G2B, 40 369-u B2B xidmətlər olub. KOBİA-nın strukturuna daxil olan KOB evlərində sahibkarlara biznesə başlamaq və biznesi inkişaf etdirmək üçün ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum 400-dən çox xidmət göstərir.

Mənbə: report.az

Xəbər lenti