IMG-LOGO

Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb

23 Nov 2026 20:02 4 baxış
IMG

Qarabağ Universitetndən heç bir tələbə qovulmayıb.

"Report" xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, tələbələr arasında mübahisə Qarabağ Universitetindən kənarda baş verib:

"Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib və məsələ ilə əlaqədar heç bir tələbə universitetindən qovulmayıb".

Qeyd edək ki, bəzi media subyektlərində Qarabağ Universitetinin iki tələbəsi arasında qısqanclıq zəminində dava baş verdiyi və onların hər ikisinin ali təhsil müəssisəsindən qovulduğu barədə məlumat yayılmışdı.

Mənbə: report.az

Xəbər lenti