IMG-LOGO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sığortaçı seçir

30 Jan 2026 11:54 3 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 1 160 əməkdaşının hər birinin 10 min manatlıq könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar təkliflərini fevralın 18-nə qədər AYNA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov, 5 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 18-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Xəbər lenti