IMG-LOGO

Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib

05 Aug 2026 21:39 3 baxış
IMG

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank "BTB" ASC-nin müraciəti əsasında "Banklar haqqında" Azərbaycan Respublikası Qanunu, eləcə də "Bankların yenidən təşkili haqqında Qaydalar"a müvafiq olaraq Bank "BTB" ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, bankın T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə çevrilməsi prosesi tamamlanıb.

"Report" ƏSF-ə istinadən xəbər verir ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Bank "BTB" ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 5 avqust 2026-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

Reyestrə daxil olma tarixi

Bankın adı

1

30.07.07

ASC "XALQ" BANKI

2

30.07.07

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

3

30.07.07

"ACCESSBANK" QSC

4

30.07.07

BANK MELLİ İRAN BAKI FİLİALI

5

30.07.07

"AZƏR-TÜRK BANK" ASC

6

30.07.07

"BANK OF BAKU" ASC

7

30.07.07

"BANK RESPUBLİKA" ASC

8

30.07.07

"KAPİTAL BANK" ASC

9

30.07.07

"YELO BANK" ASC

10

30.07.07

"RABİTƏBANK" ASC

11

30.07.07

"TURANBANK" ASC

12

30.07.07

"UNİBANK KOMMERSİYA BANKI" ASC

13

30.07.07

"YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC

14

07.08.07

"EXPRESSBANK" ASC

15

10.09.07

"AZƏRBAYCAN SƏNAYE BANKI" ASC

16

04.12.07

"BANK AVRASİYA" ASC

17

04.12.07

"PAŞA BANK" ASC

18

16.01.09

"AFB BANK" ASC

19

26.02.09

"BANK VTB (AZƏRBAYCAN)" ASC

20

28.04.09

"PREMİUM BANK" ASC

21

15.05.15

"ZİRAAT BANK AZƏRBAYCAN" ASC

Mənbə: report.az

Xəbər lenti