IMG-LOGO

"Modenis" MMC "MPAY" MMC-yə qoşulur

05 Aug 2026 16:59 3 baxış
IMG

Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan "Modenis" MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə "Modenis" (eManat) "MPAY" MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri "MPAY" MMC-yə ötürülür.

Xidmətlər fasiləsiz davam edir

Bildiririk ki, bu qoşulma çərçivəsində müştərilərə təqdim olunan mövcud xidmət və məhsullar olduğu kimi saxlanılır. İstifadəçilər əvvəlki qaydada bütün ödəniş və maliyyə xidmətlərindən fasiləsiz şəkildə yararlanmağa davam edəcəklər.

"eManat" brendi fəaliyyətini qoruyur

Ölkə üzrə minlərlə özünəxidmət nağd ödəniş terminalını əhatə edən "eManat" brendi fəaliyyətini eyni adla davam etdirir. Terminallar vasitəsilə təqdim olunan xidmətlər və istifadəçi interfeysində isə hər hansı bir dəyişiklik nəzərdə tutulmur.

Bu yenilik "MPAY"-in rəqəmsal ekosistemini daha da gücləndirərək həm nağd (terminallar vasitəsilə), həm də nağdsız (mobil tətbiq üzərindən) ödənişlərin daha sürətli və vahid sistem üzərindən həyata keçirilməsini təmin edəcək.

"MPAY" Azərbaycan Mərkəzi Bankının 11.07.2024-cü il tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. Platforma 550-dən çox xidməti vahid məkanda birləşdirərək istifadəçilərə mobil, kommunal, kredit, təhsil və digər ödənişlərini operativ və rahat şəkildə həyata keçirmək imkanı yaradır.

Mənbə: report.az

Xəbər lenti