IMG-LOGO

81 yaşlı kişi aliment borcuna görə HƏBS OLUNDU

05.12.2023 15:42 105 baxış
IMG

Türkiyədə yaşlı kişi alimentə görə saxlanılıb.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Bursanın İnelgöl qəsəbəsində yaşayan 81 yaşlı Züftü Şirin həyat yoldaşından 20 il əvvəl boşanıb. Onun ötən ay keçmiş həyat yoldaşına aliment ödəməyi unutduğu iddia edilib.

Buna görə də kişinin Avstraliyada yaşayan və 25 il evli olduğu keçmiş arvadı ondan şikayət edib.

Şikayətdən sonra jandarm əməkdaşları kişini saxlayıb. Məhkəmə qərarı ilə o, həbs edilib.

Züftü Şirin həbsxanaya aparılarkən göz yaşlarına hakim ola bilməyib.

Xəbər lenti