IMG-LOGO

Kirkorov Ornella Mutini evinə dəvət etdi, küsdülər

04.12.2023 11:31 68 baxış
IMG

Rusiyanın Estrada kralı Filipp Kirkorov bədənşəkilləndirmə əməliyyatından sonra, dünya şöhrətli aktrisa Ornella Mutinin onun evinə qonaq gələcəyinə ümid edib. 

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o sosial şəbəkədə yarıçılpaq şəkillərini paylaşıb və Ornella ona kompliment söyləyib. Buna cavab olaraq Kirkorov “Mən Çelentano qədər xarizmatik deyiləm, amma sizi evimdə görmək istəyirəm” yazıb.

Noyabr ayının sonunda Muti Rusiyaya səfər edib, lakin Kirkorovla görüşməyib. Kirkorov onun iştirak etdiyi tamaşaya baxmağa gəlməyib. Tərəflərin bir-birlərindən nə səbəbə küsdüyü məlum olmasa da, buna Kirkorovun  sırtıq dəvətinin səbəb ola biləcəyi deyilir.

Xəbər lenti