IMG-LOGO

İranın sabiq vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və "Green card"dan məhrum edilib

13 Apr 2026 08:16 4 baxış
IMG

ABŞ-də İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtikarın oğlu İsa Haşimi saxlanılıb və daimi rezident statusundan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Məlumata görə, Haşimi ilə birlikdə onun həyat yoldaşı və oğlu da saxlanılıb. Hazırda onlar deportasiya edilməyi gözləyirlər.

Dövlət Departamentindən bildirilib ki, hər üçü 2014-cü ildə ABŞ-yə gəlib, 2016-cı ildə isə "Green card" alıblar.

Daha əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə Birləşmiş Ştatlar tərəfindən öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin qardaşı qızını və qardaşı nəvəsini də saxlayıb, onların "Green card"larını ləğv edib.

Bundan başqa, İranın Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricaninin ölkəni tərk etmiş qızının, eləcə də onun həyat yoldaşının ABŞ-nin qanuni daimi rezident statusu ləğv olunub. Onların Birləşmiş Ştatlara girişinə qadağa qoyulub.

Xəbər lenti