Rusiyanın "Utair" aviaşirkətinin Dubay - Moskva marşrutu üzrə uçan təyyarəsi yerli vaxtla saat 18:37-də uğurla eniş edib.
"Report" xəbər verir ki, bu barədə aviaşirkət öz teleqram kanalında bildirib.
"Sərnişinlərin və heyət üzvlərinin vəziyyəti yaxşıdır", - məlumatda qeyd olunub.
18:57
"Utair" aviaşirkətinin Dubay - Moskva marşrutu üzrə reysini yerinə yetirən təyyarə hava limanında ştat rejimində eniş etməyə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında deyilir.
"Uçuş zamanı ekipaj standart prosedurlarını və təhlükəsizlik maraqlarını rəhbər tutaraq, texniki səbəblərə görə uçuş hava limanına qayıtmaq qərarına gəlib. Uçuş təhlükəsizliyinə təhdid yoxdur", - məlumatda deyilir.
Şirkət qeyd edir ki, yanacağın icazə verilən eniş kütləsinə qədər sərf edilməsi təcili eniş zərurəti olmadıqda tətbiq olunan tənzimlənən və normal prosedurdur.
Hava gəmisinin normal qaydada eniş etməsi gözlənilir və bu proses hava limanının yerüstü xidmətlərinin nəzarəti altında həyata keçiriləcək.
18:42
Rusiyanın "Utair" aviaşirkətinə məxsus olan və Dubaydan Moskvaya uçan təyyarə fəlakət siqnalı verib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Təyyarə artıq 1,5 saatdır BƏƏ paytaxtının səmasında dövrə vurur. Bu barədə "Flightradar" xidmətinin məlumatlarından bəlli olur", - məlumatda deyilir.
Nəşrlər xidmətin məlumatlarına istinad edərək bildirir ki, Bakı vaxtı ilə saat 18:27-yə olan məlumata görə təyyarə Dubay ətrafında səmadadır.