Zaqatalada 5 gün əvvəl yol qəzasinda ağır xəsarət alan yeniyetmə xəstəxanada dünyasını dəyişib.
Lent.az xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində mülicə alan rayonun Muxax kənd sakini, 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov həkimlərin müdaxilələrinə baxmayaraq bu gün gönorta saatlarında həyatını itirib.
***
14 avqust, saat 11:01
Xəbərə hadisə yerindən video əlavə olunub
***
saat 08:00
Zaqatalada minik avtomobilinin aşması nəticəsində biri ağır olmaqla dörd nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanovun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində sürücü M. Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər – Muxax kənd sakinləri, 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdiriliblər. Xəsarət alanlardan T. Ramazanovun vəziyyəti ağır qiymətləndirilir. Digər yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
https://www.instagram.com/zaqatala_news/reel/DcAysANKpKn/Hadisələr zaqatala zaqatala qəza zaqatala news
Mənbə: lent.az