Son günlər Azərbaycan əleyhinə açıqlamaları ilə gündəmə gələn Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib.
Lent.az xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında məlumat paylaşıb.
“Rusiya nəqliyyat nazirinin müşaviri səlahiyyətlərimə xitam vermək qərarına gəldim”, – deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 17-də Baş Prokurorluq terrorizmə çağırışlara görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib. Onlar “Moskva 24” televiziya kanalının aparıcısı İvan Knyazev, politoloq Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevdir.
Baş Prokurorluğun bəyanatına əsasən, adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, milli ədavət və düşmənçiliyin qızışdırılması, eləcə də terrorizmə açıq çağırış faktları üzrə qaldırılmış cinayət işi çərçivəsində ibtidai istintaq aparılır.
Qeyd edək ki, avqustun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimovu çağıraraq, Rusiya mediasında Azərbaycan və onun rəhbərliyinə qarşı səslənən son təxribatçı bəyanatlarla bağlı qarşı tərəfə qətiyyətli etirazını bildirib.
Aleksey ÇadayevMənbə: lent.az