IMG-LOGO

Koronavirusun gizli fəsadı ortaya çıxdı

13 Apr 2026 06:33 2 baxış
IMG
0 0

"Koronavirus sağalmış insanlarda allergiya yaratmır, lakin immun sistemində balans pozğunluğuna səbəb olaraq əvvəllər sağlam olan insanlarda autoimmun xəstəlikləri tətikləyə bilər".

Lent.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Piroqov Universitetinin İnfeksion xəstəliklər və epidemiologiya kafedrasının dosenti Olqa Zıkova bildirib.

"Koronavirusun allergiya yaratdığına dair sübut olunmuş məlumat yoxdur, lakin o immun sisteminin qlobal disbalansına səbəb olur. Bunun nəticəsində immun vasitəli olaraq orqanizmin öz toxuma və orqanları zədələnir, sistemli iltihab yaranır və autoimmun xəstəliklər inkişaf edə bilər. Bu gün bir çox tədqiqatlar göstərib ki, sistemli qırmızı qurdeşənəyi, revmatoid artrit, qlomerulonefrit, vaskulit, autoimmun hepatit və digər bu kimi xəstəliklər yarana bilər", - deyə həkim izah edib.

Qeyd etmək vacibdir ki, COVID-19-dan sonra autoimmun xəstəliklərin yaranma riski bir çox amillərdən asılıdır. Bunlara yaş, keçirilmiş infeksiyanın ağırlıq dərəcəsi və yanaşı xroniki xəstəliklərin olub-olmaması daxildir.

"Hər bir virus, o cümlədən COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 zamanla dəyişir və virusun zəiflədiyini qəti şəkildə demək mümkün deyil. Pandemiyanın əvvəlində virus insan populyasiyası üçün yeni idi və əsasən ağır xəstəlik halları qeydə alınırdı. Hazırda isə əhalinin böyük hissəsində formalaşmış immunitet (ya xəstəliyi keçirmə, ya da vaksinasiya nəticəsində) yoluxma səviyyəsini və xəstəliyin ağırlığını azaldır. Lakin risk qruplarına daxil olan şəxslərdə (5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı böyüklər, hamilə qadınlar, şəkərli diabeti, onkoloji xəstəlikləri və s. olan insanlar) xəstəlik ağır keçə və stasionar tibbi nəzarət tələb edə bilər", - deyə həkim əlavə edib.

Koronavirus

Xəbər lenti