IMG-LOGO

Netanyahu "Mossad"ın yeni rəhbərini təsdiqləyib

13 Apr 2026 00:36 5 baxış
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu öz hərbi katibi general-mayor Roman Qofmanın kəşfiyyat xidməti olan "Mossad"ın yeni direktoru vəzifəsinə təyinatını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Times of İsrael" məlumat yayıb.

Bildirilib ki, R. Qofman iyunun 2-də "Mossad" direktoru kimi beş illik vəzifəsinin icrasına başlayacaq.

Netanyahu Qofmanın təyinatı haqqında rəsmi məktub imzalayıb.

Belarusda anadan olan Qofman 1990-cı ildə 14 yaşında ailəsi ilə birlikdə İsrailə köçüb. Hərbi karyerası ərzində o, döyüş bölmələrindən getməzdən əvvəl İsrail Müdafiə Ordusunun zirehli tank qoşunlarında xidmətdə irəliləyərək diviziya komandiri olub.

Qeyd edək ki, onun təyinatı 2025-ci ilin 4 dekabrından gündəmdədir və o, beşillik səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatacaq David Barneanı əvəz edəcək.

Xəbər lenti