Ukrayna ümid edir ki, ABŞ Kiyev və Moskva arasında Pasxa atəşkəsi təklifini dəstəkləyəcək.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski bildirib.
"Ümid edirəm ki, ABŞ qətiyyətli qalacaq və Rusiyanı üçtərəfli görüşə qoşulmağa və sülh bağlamağa inandırmağa kömək edəcək. Mən bunu dünən demişdim və bu gün də təkrar edirəm: biz Pasxa bayramı günlərində atəşkəs təklif etdik. Ümid edirik ki, ABŞ bunu dəstəkləyəcək. Biz Rusiyadan cavab gözləyirik", - o qeyd edib.
Zelenski martın 30-da bildirmişdi ki, Ukrayna ölkənin suverenliyinin qorunması şərtilə müharibənin başa çatmasının, eləcə də atəşkəsin istənilən formatını, xüsusən də Pasxa bayramı günlərində dəstəkləyir.