IMG-LOGO

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün: Sevincimin hədd-hüdudu yoxdur

17 Mar 2026 07:15 2 baxış
IMG

Doğma yurduma qayıtdığıma görə sevincimin hədd-hüdudu yoxdur.

"Report" xəbər verir ki, bunu Cəbrayıl rayonunun Horovlu kənd sakini, keçmiş məcburi köçkün Sahil Həsənov jurnalistlərə deyib.

Bu gün doğma kəndinə qayıdan S.Həsənov bu şəraiti yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib: "Allah Prezidentimizə uzun ömür bəxş etsin, o, bizim yenidən yurdumuza qayıtmağımıza hər cür şərait yaratdı.

Arzu edirəm ki, bundan sonra daim əmin-amanlıq olsun. Bütün sakinlər öz yurdlarına qayıtsınlar. Orada sağ-salamat yaşayaq".

"Cəbrayılı 13 yaşımda tərk etmişdim. Bu gün ora 46 yaşımda, ailəmlə birlikdə qayıdıram. İnşallah bundan sonra kəndimizdə yaşayacağıq", - o əlavə edib.

Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə daha 30 ailə - 131 nəfər köçürülüb.

Xəbər lenti