IMG-LOGO

İsrail Ordusu: Son 24 saatda İrana 140 hava hücumu həyata keçirilib

29 Mar 2026 23:17 4 baxış
IMG

İsrail Ordusu son 24 saat ərzində İranın mərkəzi və qərbindəki hədəflərə 140 hava hücumu həyata keçirdiyini bildirib.

"Report"un məlumatına görə, bu barədə ordunun Mətbuat xidməti açıqlama yayıb.

"İsrailin Hərbi Hava Qüvvələri son 24 saatda İranın mərkəzi və qərbindəki hədəflərə 140 hava hücumu həyata keçirib", - məlumatda qeyd olunur.

Hərbçilərin məlumatına görə, hədəflər arasında ballistik raket anbarları və buraxılış məntəqələri, eləcə də hava hücumundan müdafiə sistemləri ilə əlaqəli obyektlər olub.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti