IMG-LOGO

Astarada 36 yaşlı kişi dənizdə batdı - YENİLƏNİB

20 Aug 2026 12:44 2 baxış
IMG
12 0

Astarada dənizdə boğulan şəxsin kimliyi bilinib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhər ərazisindəki çimərlikdə baş verib.

Rayon sakini olan 36 yaşlı Elmar Bəybala oğlu Məmmədli çimərlikdə boğulub. Hazırda onun meyitinin tapılması üçün tədbirlər görülür.

*** 19 avqust, saat: 21:59

Astara şəhərinin “Bulvar” ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Masallı rayonunun Kosagül kənd sakini olan şəxs dənizdə itkin düşüb. Hazırda onun axtarışları aparılır.

astara

Mənbə: lent.az

Xəbər lenti