IMG-LOGO

Bakıda "Neftçi"yə görə DAVA: dostunu küçədə döydü, cinayət işi AÇILDI

20 Aug 2026 14:51 3 baxış
IMG
5 0

Bakıda kişi küçədə dostunu döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.

35 yaşlı Fərhad Əmirov (şərti adla) dostu ilə birgə “Neftçi” futbol klubunun oyununa baxmağa gedirmiş Bu zaman dostu “Neftçi”nin məğlub olacağını deyib. Fərhad buna irad bildirəndə, dostu nalayiq ifadələrlə cavab verib. Bundan hiddətlənən Fərhad da dostunun üzünə bir dəfə yumruqla vuraraq, xəsarət yetirib.

Nəticədə onun barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlə barışdığını deyib. Zərərçəkən şəxs də həmçinin Fərhada qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.

Hadisələr cinayət işləri məhkəmə işləri məhkəmə qərarları kriminal xəbərlər Neftçi futbol dava

Mənbə: lent.az

Xəbər lenti