IMG-LOGO

Xaçmazda 375 şagird 130 yerlik qəzalı məktəbə gedəcək – VİDEO

20 Aug 2026 11:29 3 baxış
IMG
0 0

Xaçmaz rayonunun Qobuqıraq kəndində yerləşən 85 illik məktəb baxımsız vəziyyətdədir.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, 1941-ci ildə tikilən və 130 şagird üçün nəzərdə tutulan məktəbdə ötən tədris ilində 375 uşaq təhsil alıb. Binanın divarlarında çatlar, dam örtüyündə və digər konstruksiyalarında ciddi aşınmalar var. Buna baxmayaraq, məktəb yeni tədris ilində yenidən şagirdləri qəbul edəcək. Quba-Xaçmaz Regional Təhsil İdarəsi binanın əsaslı təmiri və ya yenidən tikilməsi məsələsinin qeydiyyata alındığını açıqlayıb.

 

Xaçmaz Qobuqıraq qəzalı məktəb 85 illik məktəb şagirdlər təhsil yeni tədris ili məktəb binası Quba-Xaçmaz sosial problem video

Mənbə: lent.az

Xəbər lenti