İran ətrafındakı münaqişə fonunda Almaniyada dizel yanacağının qiymətinin artması nəqliyyat şirkətlərinə əlavə yük yaradır.
"Report" DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Yük Daşımaları, Loqistika və Tullantıların Utilizasiyası üzrə Federal Assosiasiyasının rəhbəri Dirk Engelhardt bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri ölkədə dizelin qiyməti litrə görə təxminən 40 avrosent artıb. D.Engelhardt qeyd edib ki, ayda 10 min km məsafədə bir yük maşını üçün əlavə xərclər təxminən 1,2 min avroya, 50 avtomobili olan bir şirkət üçün isə 700 min avrodan çox ola bilər.
"Bu, gec-tez istehlak qiymətlərini təsir edə biləcək, aydındır", - o vurğulayıb. Ekspert Almaniya hakimiyyətini şirkətləri dəstəkləmək və tədarük zəncirlərini qorumaq üçün əməliyyat tədbirləri görməyə çağırıb.