IMG-LOGO

Özünə xəsarət yetirən “Sumqayıt”ın kapitanı CƏZALANDIRILDI - YENİLƏNİB

20 Aug 2026 12:51 2 baxış
IMG
33 0

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.

Lent.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Onun bu davranışına görə “Sumqayıt” klubu da 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.

Sözügedən turda baş tutan “Qarabağ” – “Şamaxı” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.

Qeyd edək ki, “Sumqayıt” klubunun kapitanı Səbuhi Abdullazadə “Neftçi” ilə matçda qırmızı vərəqə alıb meydandan çıxarkən stadionun qapısını sındırmışdı və nəticədə şüşə onun ayağına düşərək ciddi zədə almasına səbəb olmuşdu.

*** 17 avqust, saat: 12:51

“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Misli Premyer Liqasının ilk turunda “Neftçi” ilə keçirilən oyun zamanı baş verib.

Matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alan 24 yaşlı yarımmüdafiəçi meydanı tərk edərkən əsəbiləşərək stadionun qapısına yumruq vurub. Bu zaman qapının şüşələri qırılıb. Şüşə parçaları futbolçunun ayağına düşərək dərin kəsiklər yaradıb. Futbolçu xəstəxanaya yerləşdirilib. O, bu gün əməliyyat olunacaq. 

Qeyd edək ki, Səbuhi Abdullazadə “Neftçi”nin futbolçusu Breno Almeydaya qarşı kobud hərəkətinə görə meydandan qovulub. “Sumqayıt” qarşılaşmada 1:3 hesabı ilə məğlub olub.

Sizin brauzer video tagını dəstəkləmir. futbol futbolçu Sumqayıt Neftçi əməliyyat

Mənbə: lent.az

Xəbər lenti